Bakıda yük maşını maneəyə çırpılıb, sürücü ölüb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakıda yol qəzası baş verib.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi “KamAZ” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37