Bakıda YPX əməkdaşını avtomobil vurub

Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşını avtomobil vuraraq xəsarət yetirib.

"Report"un məlumatına görə, paytaxt ərazisində avtomobil 1987-ci il təvəllüdlü İsmayılov Elşad Səfər oğlunun xidmət zamanı ayağının üzərindən keçib.

Xəsarət alan polis əməkdaşı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37