Bakıda yol qəzasında bir ailənin iki üzvü olmaqla 3 nəfər xəsarət alıb

Bakının Suraxanı rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zığ şossesində iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Mikayılova Lalə Elnur qızı, 1996-cı il təvəllüdlü Aslanov Fərid Vüqar oğlu və onun həyat yoldaşı Aslanova Aysel Mirzə qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39