Bakıda yol qəzasında ata və 8 yaşlı qızı xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1988-ci il təvəllüdlü Nağıyev Vamiq İlham oğlu və onun 8 yaşlı övladı Nağıyeva Sərvanə Vamiq qızı xəsarət alıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər