Bakıda yol qəzasında 3 nəfər xəsarət alıb

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Taksi sürücüsü, 1982-ci il təvəllüdlü Həşimov Anar Rahid oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər - 1955-ci il təvəllüdlü Ələkbərova Cəmilə Cəlar qızı, 1950-ci il təvəllüdlü Məmmədova Kəmalə Cəlal qızı xəsarət alıblar.

Hər 3 yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39