Bakının Nəsimi rayonunda yol qəzası olub.
“Report” xəbər verir ki, Nizami küçəsində 99-UT-932 dövlət nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobili 99-JL-761 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” zərbənin təsirindən aşıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.