Paytaxtda yol qəzası olub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə aeroport yolunun Xəzər rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Cavadov Aqil Talıb oğlu və 1962-ci il təvəllüdlü Saramanov Əmiraslan Mövlud oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər