Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Qasımov Ramil Şahlar oğlu və 1983-cü il təvəllüdlü Alişanlı Məhəmməd Hakim oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.