Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xəfər Xəndan küçəsi ilə hərəkətdə olan 90-UH-609 seriya nişanlı, "Mercedes" markalı avtomobil səhv dönmə əməliyyatı edən zaman qarşıdan gələn "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Yaralılara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Foto: Ruslan Məmmədov

Digər xəbərlər