Bakıda ticarət mərkəzində orta yaşlı kişi bıçaqlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda ticarət mərkəzində orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

"Sədərək" ticarət mərkəzində 1987-ci il təvəllüdlü Bayramov Eltən Arif oğlu tanıdığı şəxslə mübahisə edib. Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54