Bakının Nəsimi rayonunda tədris mərkəzindən 4 min manatlıq nağd pul və elektron avadanlıqlar oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.