Bakıda sərnişin hərəkətdə olan avtomobildən yıxılaraq xəsarət alıb

Bakının Suraxanı rayonunda 18 yaşlı gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, aeroport yolunda avtomobil hərəkətdə olarkən, sərnişin 2006-cı il təvəllüdlü Qasımova Cəmilə Tofiq qızı ehtiyatsızlıqdan yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər