Bakıda 51 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxs 1963-cü il təvəllüdlü Abbasov Səyavuş Nəriman oğludur.

17:41

Bakıda qətl hadisəsi törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, oktyabrın 24-də saat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48