Bakıda qadınların çantasını götürüb qaçan şəxs tutulub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıda qadınların çantasını götürüb qaçan 31 yaşlı şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 22-də Çəmənzəminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasını piştaxtanın üzərindən götürüb qaçan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Ramiz Məhərrəmov tutulub. Müəyyən edilib ki, o sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alıb qaçıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48