Bakıda avtomobil yanıb

Bakı şəhərinin Yasamal rayonunda minik avtomobili yanıb.

"Report" xəbər verir ki, hadisə rayonun Abdulvahab Salamzadə küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili anidən alışıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Küçə nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48