Cəlilabadda fərdi yaşayış evi tamamilə yanıb

Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Közbulaq kənd sakini Yaqub Yaqubova məxsus birmərtəbəli, 104 kvadratmetrlik evdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48