Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb

Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45