Bakı. 29 may. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda 1963-cü il təvəllüdlü Qalina Jitkova fərdi yaşayış evinin zirzəmisinə yıxılaraq xəsarət alıb.
FHN-dən “Report”a bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı zirzəmidən çıxarıb və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil veriblər.