Bakıda oteldə İran vətəndaşı intihara cəhd edib

Bakı. 25 iyul. REPORT.AZ/ Qaradağ rayonunda əcnəbi vətəndaş özünü doğrayıb.

"Report" xəbər verir ki, hadisə Sədərək Ticarət Mərkəzində yerləşən oteldə baş verib.

1974-cü il təvəllüdlü Kərimzadə Bayram qonaq olduğu oteldə hər iki qolunu iti alətlə kəsib. O çoxlu qan itirib. 

Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi və Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17