Bakıda oğurluq hadisəsi baş verib

Bakının Xəzər rayonununda oğurluq hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, hadisə Binə qəsəbəsi, Ə.İsazadə küçəsində qeydə alınıb.

Belə ki, Ataməli Nəbiyevə məxsus velosiped işlədiyi avtomobil sexinin qarşısından tanımadığı şəxs tərəfindən oğurlanıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Fakt araşdırılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50