Bakı. 11 mart. REPORT.AZ/ Bakının Qaradağ rayonunda “NAZ” markalı minik avtomobili dərəyə düşüb.
“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olub.
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.