Bakıda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakıda 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

"Report" xəbər verirki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Müşviqabad qəsəbəsində 6 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 1992-ci il təvəllüdlü Əhmədov Emil Elşən oğlu və həmyaşıdı Rəvan Həsənov bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların hər ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41