Bakıda iki sərxoş piyadanı avtomobil vurub

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Babaşov İbrahim Qorxmaz oğlunu və 1993-cü il təvəllüdlü Məmmədov Orxan Nurəddin oğlunu vurub.

Sərxoş vəziyyətdə olan yaralılar ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14