Bakıda iki qardaş bıçaqlanıb

Bakının Nizami rayonunda iki nəfər bıçaqlanıb.

"Report"un məlumatına görə, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 1982-ci il təvəllüdlü Mirzəyev Emin Möhtərəm oğlu və qardaşı 1987-ci il təvəllüdlü Mirzəyev Ramin Möhtərəm oğlu mübahisə zəminində bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14