Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Binəqədi rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Rəhimov Əli Şamil oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər