Bakıda gənc yaşadığı ünvanda bıçaqlanıb

Bakı. 12 iyul. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Hüseynov Murad Hidayət oğlu Lökbatan qəsəbəsi V.Əsgərov küçəsində yaşadığı ünvanda bıçaqlanıb. O, ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. 

Digər xəbərlər