Bakıda “Ford” və “Kamaz”ın toqquşması nəticəsində iki nəfər yaralanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Bakının Qaradağ rayonunda “Ford” və “Kamaz” markalı iki yük avtomobili toqquşub.

“Report” FHN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

FHN-in hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər