Bakıda feminist qadın intihara cəhd etdi

Bakıda qanunsuz aksiya keçirən fəallardan biri Aysel Ələkbərzadə özünü binadan atıb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Yeni Yasamal ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü A.Ələkbərzadə özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib.

TƏBİB-dən isə bildirilib ki, aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadının vəziyyəti ağır-sabitdir: "O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır".

Qeyd edək ki, Bakıda 8 Mart günü feministlərin keçirdiyi qanunsuz aksiya zamanı A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid olunub.

Faktla bağlı araşdırma aparılır.

{{photo-small-left-10f0f5c0-2578-40bf-abff-4f5c069a0b3e}}

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26