Bakıda eşitmə və danışma qüsurlu kişini avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Həmin küçədəki mənzildə yaşayan eşitmə və danışma qüsurlu 1988-ci il təvəllüdlü Şirinov Sərxan Afət oğlu evlərinin yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37