Bakıda avtomobillə vurulan yeniyetmənin ayağı sınıb

Bakının Xəzər rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zirə qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Yolçuyev Yusif Baba oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26