Bakıda avtomobillə vurulan piyadanın ayağı sınıb

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Hacıyev Azər Şahbala oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26