Bakıda avtomobilin vurduğu 57 yaşlı qadın iki gün sonra ölüb

Bakıda avtomobilin vurduğu 57 yaşlı qadın iki gün sonra ölüb.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Nizami rayon ərazisində qeydə alınıb.

1985-ci il təvəllüdlü Tural Balakişiyevin idarə etdiyi "KiA Sorento" markalı avtomaşınla piyada 1968-ci il təvəllüdlü Nuralışı Gülər Xəlil qızını vurub. Piyada aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın ötən gün ölüb.

Fakla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41