Bakıda avtomobil yaşlı qadını vurub

Bakı. 18 yanvar. REPORT.AZ/ Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Nəsibova Nazlı Tərxan qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37