Bakıda avtomobil 60 yaşlı qadını vuraraq ayağını sındırıb

Bakının Nizami rayonunda 60 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, metronun “Neftçilər” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Qadaşova Təcrübə Kamal qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54