Bakıda avtomobil 42 yaşlı kişini vurub

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Əhmədov Azad Əhməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün yerdəyişən və sağ əlin sınığı, bədənin çoxsaylı əzikləri və kəsikləri diaqnozu qoyulub.

A.Əhmədovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14