Bakıda avtomobil 29 yaşlı gənci vurub

Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Korgöz qəsəbəsində 1990-cı il təvəllüdlü Əmiraslanov Rauf Qulu oğlu yolu keçərkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27