Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Avropa Şurasının Azərbaycanla bağlı “2014-2016-cı illər üzrə fəaliyyət planı” çərçivəsində Ədliyyə Nazirliyinin Tibb Baş idarəsinin və Penitensiar xidmətinin (PX) əməkdaşları ilə seminara start verilib.
PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, beynəlxalq ekspertlərin iştirakı ilə “Cəzaçəkmə müəssisələrində səhiyyə xidməti, tibbi etika” və “Həbsxana idarəçiliyi” mövzularında keçirilən tədbir noyabrın 6-dək davam edəcək.