Bakıda ana və qızını avtomobil vurub

Bakının Sabunçu rayonunda ana və qızını avtomobil vurub.

"Report"un məlumatına görə, avtomobil yolu keçən piyadalar - 1974-cü il təvəllüdlü Abdullayeva Şahsənəm Ramazan qızını və 17 yaşlı övladı Abdullayeva Aysel Təvəkkül qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər