Bakıda ana və oğlu yol qəzasında xəsarət alıb

Bakının Suraxanı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1978-ci il təvəllüdlü Samirə Rüstəmova və övladı, 1998-ci il təvəllüdlü Rüstəmov İbrahim Seyidağa oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə paytaxtda yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56