Bakıda ahıl kişini avtomobil vurub

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda ahıl kişini avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

"Beşmərtəbə dairəsi" kimi tanınan ərazidə müxtəlif bədən xəsarətləri alan 1951-ci il təvəllüdlü Ağayev Seyidağa Hadi oğlunu 90-TH-631 dövlət qeydiyyat nişanlı "London taksisi"nin sürücüsü 1 saylı Kliniki Tibbi Mərkəzə gətirib. 

Yaralı xəstəxananın Reanimasiya Şöbəsinə yerləşdirilib. S.Ağayev ilkin ifadəsində bildirib ki, yolu keçərkən onu avtomobil vurub.

Hadisə barəsində Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45