Bakıda 74 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Nəsimi rayonunda 74 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, motosiklet yolu keçən 1948-ci il təvəllüdlü Atəş Cəmil Cəlil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47