Bakıda 72 yaşlı qocanı avtomobil vurub

Bakıda qoca kişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1950-ci il Şıxaliyev Vaqif Rəşid oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18