Bakıda 58 yaşlı kişi tanıdığı şəxslər tərəfindən bıçaqlanıb

Bakının Xəzər rayonununda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, Şağan qəsəbəsində tanıdığı şəxslər tərəfindən bıçaqlanan 1965-ci il təvəllüdlü Cəlilov Əzizağa Şəmsi oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14