Bakıda 54 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirib

Bakınım Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Zığ yolu deyilən ərazidə avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Nuriyev Mayis Yusif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, müştərək travma və qabırğaların sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47