Bakıda 43 yaşlı kişi bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, Buzovna qəsəbəsində 1980-cı il təvəllüdlü Həsənov Fərman Ərəbxan oğlu bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45