Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Məlumata görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Abdullayev Altay Qasım Oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.