Bakıda 40 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Mübahisə zəminində bıçaqlanan 1981-ci il təvəllüdlü Fətullayev İlkin İzmir oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45