Bakıda 40 yaşlı kişi bıçaqlanıb 

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanan 1983-cü il təvəllüdlü Məmmədzadə Vüsal Mahir oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27