Bakıda 33 yaşlı qadını avtomobil vurub 

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Hacıyeva Aytac Nurəddin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26