Bakıda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. “Ukrayna dairəsi”ndə avtomobil velosipedlə yolu keçən 1995-ci il təvəllüdlü Nurullayev Ceyhun Eynulla oğlunu vurub.

Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14